Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycana rəsmi səfərə gəlib.
APA-nın xəbərinə görə, nazir Bakıda keçiriləcək Macarıstan-Azərbaycan hökumətlərarası komissiyanın iclasında iştirak edəcək.
Bundan başqa, P. Siyartonun azərbaycanlı həmkarı Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.
Qonağı Azərbaycanın baş naziri Novruz Məmmədov da qəbul edəcək.