Prezident İlham Əliyev “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında” sərəncam imzalayıb.
Teleqraf.com xəbər verir ki, sərəncamla Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə ali hərbi və ali xüsusi rütbələr verilib:
general-leytenant ali hərbi rütbəsi
general-mayor Fazil Nəriman oğlu Ələkbərova
polis general-mayoru ali xüsusi rütbəsi
polkovnik Heydər Teyyub oğlu Heydərova.
Qeyd edək ki, F.Ələkbərov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, H.Heydərov isə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsində çalışır.
Bundan başqa, Prezidenti İlham Əliyev Kamal Qafar oğlu Qafarova “Əməkdar həkim” fəxri adı verilməsi haqqında sərəncam imzalayıb.
O, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində səhiyyə sahəsinin inkişafında xidmətlərinə görə təltif edilib.