3 İyul 2018 11:57
2 606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağ münaqişəsi ətrafında gərginlik davam edir, amma müharibə riski yoxdur.

Teleqraf.com Ermənistan KİV-ə istinadla xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin qərargah rəisi, general Artak Davtyan deyib.

General son illər təmas xəttində vəziyyətin gərginlikdə qaldığını diqqətə çatdırıb: “Münaqişə ətrafında gərgin vəziyyət hökm sürür. Son illər isə gərginlik demək olar ki, azalmadı. Münaqişənin həlli üçün diplomatik yol tapılmasa, müharibə ehtimalı həmişə gündəmdə olacaq.

Azərbaycan Silahlı Qüvvələri təlimlərə başlayıb. Bu, normaldır, müharibə vəziyyətidir. Ermənistan ordusu da ara-sıra belə təlimlər keçirir. Amma sizi əmin edirəm ki, hazırda müharibə riski yoxdur, ən az indiki şəraitdə müharibə olmayacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər