Dövlət Avtomobil Nəqliyyatı Xidməti yollardakı vəziyyətlə əlaqədar Bakı Nəqliyyat Agentliyinə dəstək olur.
Bu barədə Axar.az-a açıqlama verən Dövlət Avtomobil Nəqliyyat Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirib ki, DANX Bakı şəhər inzibati ərazi dairəsində nəqliyyatın hərəkətindəki sıxlığı nəzərə alaraq sərnişinlərin əlavə nəqliyyat vasitələri ilə təmin olunması üçün BNA-ya kömək edir.
DANX-ın həm müfəttişləri, həm də xüsusi ehtiyyat nəqliyyat vasitələri ərazidədir:
“Cəlb etdiyimiz əlavə nəqliyyat vasitələri tam ödənişsiz əhaliyə xidmət göstərir”.
N.Allahyarova bildirib ki, DANX və şirkət rəhbəri sərnişinlərə pulsuz xidmət göstərməyi şəxsi təşəbbüsü ilə edir:
“Dövlət Avtomobil Nəqliyyat Xidməti olaraq cəlb etdiyimiz avtobusları bizə daşıyıcı şirkətlər təqdim edib. Onlara müraciətimizə dərhal reaksiya verilib. Bunun sürücülərə heç bir ziyanı olmayacaq, bundan söhbət gedə bilmz. Çünki Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti və şirkət rəhbəri bu dəstəyi şəxsi təşəbbüsü ilə edir və sürücülər nəzərə alınır”.