15 Avqust 2014 16:23
986
12 Punto 14 Punto 16 Punto 18 Punto

Az öncə Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında siyasi partiyaların iclası başlayıb.

Teleqraf.com-un məlumatına görə, iclasa Milli Şuranın rəhbərliyi qatılmayıb.


KXCP sədri Mirmahmud Mirəlioğlu deyib ki, tədbirə AMİP, VHP, İslam Partiyası və Azad Demokrat Partiyasını dəvət ediblər.

İclasda əvvəlki tərkiblə yanaşı İslam Partiyası və Vətəndaş və İnkişaf Partiyası da iştirak edir.

Tədbirdə çıxış edən Mirmahmud Mirəlioğlu deyib ki, onlar tədbiri hazırlamaqla işlərini bitiriblər: “İndi konkret addımlar atılmalıdır”.

Əhməd Oruc isə qeyd edib ki, istənilən partiya tədbirə qoşula və hüquq müdafiəçilərinə dəstək verə bilər.

BAP sədri Elşad Musayev isə söyləyib ki, ölkədə bir qrup adam var ki, hər şeydən istifadə edir: “QHT deyəndə həmin adamlar deyirlər ki, rəhbəri bizik, müxalifət deyəndə də deyirlər bizik. İndi də kimlərsə İntiqam Əliyevin fotosunu sosial şəbəkələrə qoyaraq bildirirlər ki, ancaq biz müdafiə etməliyik. Bu hallar aradan qaldırılmalıdır”.

Qeyd edək ki, Müsavat Partiyasının başqanı İsa Qəmbərin təşəbbüsü ilə KXCP-nin qərargahında saxlanılan hüquq müdafiəçiləri ilə bağlı ikinci tədbir baş tutur.

Nemət


Müəllif:

Oxşar xəbərlər