9 İyul 2018 13:27
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Avropa ölkələrinə ilk rəsmi səfəri başlayır.

Komitədən Teleqraf.com-a verilən məlumata görə, F. Muradov iyulun 10-da səfərə yola düşəcək.

Komitə sədri 4 ölkədə - Fransa, Almaniya, Rumıniya və Ukraynada bir sıra rəsmi şəxslərlə, eyni zamanda həmin ölkələrdə yaşayan azərbaycanlılarla və diaspor təşkilatlarının nümayəndələri ilə görüşəcək.

Səfər proqramına ictimai xadimlər, Azərbaycanın ali məktəblərindən məzun olmuş xarici vətəndaşlar, Azərbaycan Xalq Cümhuriyyəti mühacirlərinin ailə üzvləri, həmçinin xaricdə təhsil alan azərbaycanlı gənclərlə görüşlər də daxildir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər