11 İyul 2018 14:30
1 349
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslam sülh və mərhəmət dinidir, müsəlmanları mərhəmətli davranmağa dəvət edir. Zoru və şiddəti rədd edir, terroru, qarşıdurmanı, iğtişaşı və qətli qətiyyətlə pisləyir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov dünən Gəncədə baş verən hadisə barədə danışarkən bildirib.
Onun sözlərinə görə, Quranda bir insanı öldürmək bütün bəşəriyyəti qətlə yetirməyə bərabər tutulur: “Vətəni sevmək, onu göz-bəbəyi kimi qorumaq, yanında olmaq hər bir müsəlmanın müqəddəs vəzifəsidir. Bu Vətən əcdadlarımızın bizə əmanətidir”.

Rektor qeyd edib ki, Azərbaycan hökuməti dinə yüksək qayğı və diqqətlə yanaşır: “Bu siyasəti Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Bu gün Azərbaycan dinə qayğı göstərən, onlara maliyyə yardımı göstərən ölkələr arasında ilk yerlərdən birini tutur. Son illər bir çox ibadət yerləri, ziyarətgahlar, o cümlədən Gəncə “İmamzadə” ziyarətgahı dövlət tərəfindən bərpa və təmir olunub”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər