11 İyul 2018 15:28
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Brüsseldə Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığın prioritetlərinə dair sənədin paraflanması mərasimi keçirilib və sənədin mətni üzrə danışıqlar yekunlaşdırılıb.

Sənədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən imza atılıb.

Mərasimdə prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk da iştirak edib.

Məlumatda bildirilir ki, tərəfdaşlıq prioritetləri gələcək illər üçün Aİ-Azərbaycan əlaqələrində irəliyə doğru əhəmiyyətli bir addımdır. Tərəfdaşlıq prioritetləri Aİ-Azərbaycan münasibətlərinin daha da möhkəmləndirilməsinə yönəldiyi üçün Azərbaycan və Avropa İttifaqı xalqlarının rifahına müsbət təsir göstərəcək. Eləcə də, tərəfdaşlıq prioritetləri vasitəsilə Aİ və Azərbaycan iddialı və gündəmdə olan hərtərəfli öhdəliklərini yeniləmiş olurlar.

Tərəfdaşlıq prioritetləri artıq Avropa İttifaqı və Azərbaycan tərəfindən rəsmən təsdiq olunmuş sayılır və qəbulu gözlənilir. Bu prioritetlər korrupsiya, terrorizmə qarşı mübarizədə potensialın artırılması, dövlət idarəetmə islahatları, iqtisadi inkişaf və bazar imkanları, enerji səmərəliliyi, ətraf mühit və iqlim kimi məsələləri əhatə edir.

Razılaşdırılan tərəfdaşlıq prioritetləri 2018-2020-ci illərdə Aİ-Azərbaycan iqtisadi əməkdaşlığının siyasi çərçivələrini təmin edəcək


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər