20 İyul 2018 17:30
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatları - Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov və qrupun üzvü Rüstəm Xəlilov Latviya Bələdiyyələr İttifaqının təşkilatçılığı ilə keçiriləcək seminarda iştirak etmək üçün iyulun 22-də Riqaya səfər edəcək.

Teleqraf.com xəbər verir ki, seminar yerli özünüidarəetmə orqanları ilə bağlı yeni layihələrin həyata keçirilməsi, bu sahədə əməkdaşlığın inkişafı və təcrübə mübadiləsi məsələlərinə həsr olunub. Deputatlarımız müzakirələr zamanı çıxış edəcək, qeyd olunan məsələlər barədə öz fikirlərini açıqlayacaqlar.
Millət vəkilləri, eyni zamanda, Azərbaycan Ticarət Evinin açılış mərasiminə də qatılacaqlar.


Müəllif: Cavad

Oxşar xəbərlər