24 İyul 2018 10:03
1 394
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev iyulun 28-də saat 10:00-da Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev pr. 27) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən - Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar iyulun 27-dək "195" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00), Şirvan Gömrük İdarəsi (əlaqə telefonu: (021) 215-34-10) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər