24 İyul 2018 15:41
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Son günlər Ermənistan mətbuatının təhlili göstərir ki, bu ölkənin hərbi-siyasi rəhbərliyi və Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndələrinin biri-birindən sərsəm bəyanatlar səsləndirmələri onların ciddi narahatlıq keçirmələrinə, qorxu və təşviş içində olmalarına sübutdur".

Bunu Teleqraf.com-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Azərbaycanın işğal olunmuş ərazilərindəki cinayətkar hərbi rejimin rəhbəri Levon Mnasakyanın “lazım gələrsə Mingəçevir SES-nə dərhal zərbə endiriləcəyi” barədə dediklərinə münasibət bildirən nazirlikdən qeyd olunub ki, Azərbaycan Ordusu cəbhə xəttində vəziyyətin istənilən inkişafına hazırdır: "Ordumuzun sərəncamında olan və dağıdıcı qüvvəyə malik ən müasir silah sistemləri düşmənin bütün vacib hərbi obyektlərini və strateji kommunikasiya xətlərini qısa müddət ərzində məhv etməyə qadirdir.

L.Mnakasyanın budəfəki, absurd bəyanatına gəlincə isə, Azərbaycan hava hücumundan müdafiə və raketəleyhinə müdafiə sistemləri ölkənin bütün hava məkanının, o cümlədən xüsusi əhəmiyyətli dövlət və hərbi obyektlərinin tam təhlükəsizliyini təmin edir.

Düşmən tərəf bu kimi məsuliyyətsiz bəyanatlar səsləndirməzdən əvvəl düşünməlidir ki, Ermənistanın ərazisində elə obyektlər var onlara zərbə endirəcəyimiz təqdirdə həmin ərazilərdə yüz illərlə yaşayış mövcud olmayacaq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər