Azərbaycan Ukraynadan 10 ədəd “An-178” tipli hərbi təyyarə almağa maraq göstərir.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın “Antonov” Dövlət Şirkətinin prezidenti Aleksandr Donets deyib.
O bu təyyarələrə böyük tələbatın olduğunu bildirib: “Avadanlıqlarımıza tələbat da var, alıcılar da. Məsələn, iyulun 11-də Azərbaycandan olan nümayəndələrlə təmaslarımız oldu. Onlar 10 ədəd “An-178” təyyarəsini satın almağa maraq göstərdilər”.