Təmir işləri ilə əlaqədar “Bakmil” stansiyasına sərnişinlərin giriş-çıxışına qoyulan məhdudiyyət avqustun 11-12-də tətbiq edilməyəcək.
Bu barədə Teleqraf.com-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, sərnişinlər qeyd edilən tarixlərdə “Bakmil” stansiyasına və əksinə hərəkət edən qatarlardan istirahət günlərinin hərəkət cədvəlinə uyğun olaraq istifadə edə bilər.
Qeyd edək ki, avqust ayının 8-dən yenidənqurma tədbirlərinin növbəti mərhələsi çərçivəsində sərnişinlərin “Bakmil” stansiyasına giriş-çıxışı, müvəqqəti olaraq, 8:20-dən 17:00-a qədər məhdudlaşdırılıb. Qeyd edilən saatlarda məhdudiyyət avqustun 13-dən tətbiq olunacaq.