16 Avqust 2018 12:48
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Teleqraf.com-un məlumatına görə, sərəncamla Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:

“general-leytenant” hərbi rütbəsi

general-mayor Əsgər Sabir oğlu Xəlilova

general-mayor Əfqan Vəli oğlu Nağıyevə

“general-mayor” hərbi rütbəsi

polkovnik Azər Oqtay oğlu İbrahimova

polkovnik Ayaz Əvəz oğlu Hüseynova

polkovnik Rəsul Afiq oğlu Tağıyevə.


Müəllif: Teleqraf.com