20 Avqust 2018 12:41
1 574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həllinə köməyini davam etdirməyə hazırdır.

Bunu Rusiyanın Azərbaycandakı yeni səfiri Mixail Boçarnikov mətbuat konfransında deyib.

Diplomat daha sonra bildirib: "Bizim məqsədimiz münaqişə tərəflərinə hərtərəfli kömək göstərməkdir ki, onlar öz aralarında razılığa gələ bilsinlər. Münaqişə tərəfləri üçün məqbul olan bizim üçün də məqbuldur".

Səfirin sözlərinə görə, Rusiya və Azərbaycan yaxın zamanlarda iri sənədlər zərfi imzalamağı planlaşdırır. Paketə iqtisadi və humanitar sahələrdə əməkdaşlıq elementləri daxil olacaq.

Mixail Boçarnikov Xəzər dənizinin statusu haqqında Konvensiyanın imzalanmasını tarixi hadisə adlandırıb.

Səfirin sözlərinə görə, vacib amil ondan ibarətdir ki, bu Konvensiya ilk növbədə öz maraqlarını nəzərə alan beş müstəqil dövlət tərəfindən imzalanıb.


Müəllif: Mənbə/Trend

Oxşar xəbərlər