Milli Məclisin deputatı Aydın Mirzəzadə Daxili İşlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə “Azərbaycan Polisinin 100 illiyi (1918-1920)” yubiley medalı ilə təltif edilib.
Teleqraf.com-un məlumatına görə, bu barədə Aydın Mirzəzadə özünün Feysbuk səhifəsində məlumat yayıb.
Millət vəkili mükafatlandırıldığına görə nazirə təşəkkür edib: “Daxili İşlər naziri cənab Ramil Usubova məktub göndərərək yüksək mükafata görə təşəkkürümü bildirdim. Onun və ümumən Azərbaycan polisinin gələcək fəaliyyətinə uğurlar arzuladım”.