31 Avqust 2018 13:35
1 062
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni əsilli ABŞ vətəndaşı, milyonçu qumarbaz Den Bilzeryan Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etdiyinə görə onun adı Xarici İşlər Nazirliyinin "arzuolunmaz şəxslər" siyahısına daxil ediləcək.

Bunu "Report"a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

"Siyahını rüb üzrə yeniləyirik. Den Bilzaryan, şübhəsiz ki, ora daxil ediləcək", - o deyib.

Xatırladaq ki, daha əvvəl erməni əsilli ABŞ vətəndaşı, poker oyunçusu, milyonçu qumarbaz Den Bilzeryan Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edib, nümayişkaranə şəkilədə atəş açıb. Azərbaycan Baş Prokurorluğunda onun barəsində cinayət işi başladılıb, o, "İnterpol" xətti ilə beynəlxalq axtarışa verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər