Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə sentyabrın 3-də Qırğızıstanın Çolpon-Ata şəhərində bir araya gələcək.
Teleqraf.com “Anadolu”ya istinadla xəbər verir ki, Ərdoğanın Türk Şurasının Altıncı Zirvə Görüşü çərçivəsində Azərbaycan və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına digər iki üzv ölkə prezidenti ilə ikitərəfli müzakirə aparacağı bildirilir.
Qeyd edək ki, 3 illik fasilədən sonra Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının növbəti sammiti sentyabrın 3-də baş tutacaq.