Rusiya və Azərbaycanı bir-birinə sıx dostluq və əməkdaşlıq ənənələri bağlayır. Dövlətlərimiz arasındakı münasibətlər tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq xarakteri daşıyır.
"Report"un Soçiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşün yekununda deyib.
V.Putinin sözlərinə görə, ölkələr arasındakı münasibətlər mehriban qonşuluq və hörmət prinsiplərinə əsaslanır.
O, bugünkü görüşün Rusiya-Azərbaycan əlaqələrinin bütün sahələr üzrə inkişafına əlavə təkan verəcəyinə əminliyini vurğulayıb.
V.Putin həmçinin qeyd edib ki, 2017-ci ilin sonuna ölkələr arasında ticarət dövriyyəsi, təxminən, 35 faiz artıb.