10 Sentyabr 2018 13:46
1 166
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış jurnalist Səbuhi Məmmədlinin müalicəsi Ukraynanın Poltava Şəhər Mərkəzi Xəstəxanasında davam etdirilir.

Bu barədə Teleqraf.com-a Səbuhi Məmmədli məlumat verib.

O qeyd edib ki, müalicəsi davam etdirilir: “Bir neçə dəqiqə qabaq ürəyimi yenidən kardioqramma etdilər. Bu kardioqrammanın nəticəsindən asılı olaraq bu gün çarpayıdan ayağa durmağıma icazə verəcəklər. Sizdən xahiş edirəm ki, dualarınızı əsirgəməyisiz.”

Jurnalist həmçinin xəstəxanada ən azı 10 gün qalacağını və burada tək olduğuna görə hədsiz darıxdığını bildirib.

Qeyd edək ki, Səbuhi Məmmədli şəkər xəstəliyindən müalicə olunmaq üçün Ukraynanın Mirqorod şəhərində yerləşən sanatoriyaya yerləşdirilmişdi. Həmin sanatoriyada iki gün müalicə aldıqdan sonra infarkt diaqnozu ilə Poltava Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirlib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər