Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini bilmir.
Teleqraf.com xəbər verir ki, bunu “Kommersant” qəzetinə müsahibəsində Ermənistanın keçmiş prezidenti Robert Köçəryan deyib.
Onun sözlərinə görə, baş nazir Dağlıq Qarabağ münaqişəsi ilə yanaşı, bir çox siyasi məsələləri bilmir:
“Paşinyan hansı mövqedə dayanacağından məlumatsızdır. Uzun zaman Qarabağla bağlı gedən danışıqlarda iştirak etmişəm. Dəqiq bilirəm ki, müzakirə müharibədən daha yaxşıdır. Məsələ poza verməkdə, yaxud populist şüarlar səsləndirməkdə deyil, əsas problem məsuliyyətin dərk edilməsindədir. Lakin o bunu dərk etmir.
İstənilən diqqətsizlik baha başa gələ bilər. Amma populizmlə prinsipial müzakirələrə getmək mümkünsüzdür”.