Sabirabad rayonu, Axısxa kəndində vətəndaşa məxsus evdə yanğın olub.
Teleqraf.com xəbər verir ki, yanğında 2013-cü il təvəllüdlü Hüseyn Davitadze yanıq xəsarətləri ilə valideynləri tərəfindən xəstəxanaya aparılarkən yolda keçinib.
Yanğın zamanı ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 2 otaqlı ev 70 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.