Son dövrlərdə bir qrup insanın Bakıda Dağlıq Qarabağ adı altında keçirdiyi müxtəlif kütləvi aksiyaların Qarabağla heç bir bağlılığı yoxdur.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisdə çıxışı zamanıbunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib. Siyavuş Novruzov deyib.
O bildirib ki, Azərbaycan Prezidenti İlam Əliyev danışıqlarda ölkəmizin ərazi bütövlüyünün prinspial məsələ kimi ortaya qoyub:
“Prezident keçirdiyi görüşlərdə, beynəlxalq qurumlarla apardığı danışıqlarda nəinki Dağlıq Qarabağ, eləcə də vaxtilə ermənilərə verilən ərazilərin Azərbaycanın olması, azərbaycanlıların oradan qovulmasını diqqətə çatdırır. Cəmiyyət də öz prezidentini dəstəkləyir. Prezident ictimaiyyət qarşısında daim hesabat verir. İstər Bakıda keçirilən forumlarda, istərsə də regionlara səfəri zamanı xalqla görüşlərdə bu haqda məlumat verir. Məhz bu səbəbdəndir ki, seçkilərdə xalqımız prezidentə səlahiyyət verib ki, bu işlərlə məşğul olsun, danışıqlar aparsın”.
S.Novruzov əlavə edib ki, 90-ci illərdən qalma insanlar mitinqi keçiririk prezidentə təzyiqlərin qarşısını aldıqlarını iddia edirlər:
“Bu nə düşüncədir? Prezident Qarabağ məsələsində ən kəskin mövqe tutur. Burada prezidentə hansı təzyiqdən söhbət gedə bilər? Qarabağ Azərbaycanındır. Azərbaycan həm danışıqlarda tutduğu mövqe, həm də ordunun gücləndirilməsi ilə Qarabağ məsələsində istənilən variantına hazırlığını sübut edib. Bu il keçirilən iki parad buna bir nümunədir”.
Komitə sədri əlavə edib ki, mitinq keçirənlər indi də bir milyondan artıq qaçqınlara mənəvi terror edir, o bölgədən olan insanlara “siz niyə mitinqə gəlmirsiniz” kimi ifadələrlə təhdid edirlər: "Bunlar qəbuledilməzdir. Qarabağ hər bir azərbaycanlınındır. Heç kimin səlahiyyəti yoxdur ki, qaçqınları təhdid etsin, aşağılasın. Qaçqınlara qarşı belə ifadələr işlətmək onları aşağılamaqdır. Qarabağ münaqişəsi futbiol meydanında keçirilən mitinqlə həll ediləsi deyil. Torpaqlar Prezidentin rəhbərliyi ilə sülh və ya hərb yolu ilə azad ediləcək. Görək bu çağırışı edən şəxslərin övladları gəlib bu prosesdə iştirak edəcəkmi? Onlar bulanıq suda balıq tutmaq istəyirlər. Onlar üçün əsas şərt Azərbayacnın ərazi bütövlüyü deyil, oyunbazlıqdır. Qaçqınlar onları boykot edib. Çünki onların fəaliyyətinə görə, qaçqın düşüblər. Oyunbazlar gedib öz işləri ilə məşğul olsunlar”.