Milli Məclis “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanuna dəyişiklik edib.
Teleqraf.com xəbər verir ki, dəyişikliklər haqqında millət vəkillərinə Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Komitə sədri xatırladıb ki, parlament yeni nəsil şəxsiyyət vəsiqəsinin hazırlanması və tətbiq edilməsi haqda qanun qəbul edib.
Onun sözlərinə görə, artıq bu qanun icra edilir və vətəndaşlara yeni nəsil şəxsiyyət vəsiqələri verilməsinə başlanılıb. Bu qanuna görə, yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi zamanı vətəndaşdan əl-barmaq izləri götürülür. Beynəlxalq standartlara görə 15 yaşı tamam olmayan vətəndaşlardan əl-barmaq izləri götürülmür. Dəyişikliyə əsasən, 15 yaşına çatmayan şəxslərdən əl-barmaq izi götürülməyəcək”.