13 Oktyabr 2018 19:33
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 13-də fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Badamdar şosesində baş verən sürüşmə zonasında olub.

Teleqraf.com FHN-in saytına istinadən xəbər verir ki, nazir sürüşmə zonasındakı vəziyyətlə yaxından tanış olub, lazımi işlərin görülməsi ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Qeyd edək ki, sürüşmə prosesinin gedişatına nəzarətin gücləndirilməsi, mütəmadi müşahidələrin mərkəziləşdirilmiş qaydada təşkili məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Qərərgah yaradılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər