17 Oktyabr 2018 20:58
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Frankofoniya sammiti əsnasında güddüyü təxribatçı məqsədlərə nail ola bilməyən Ermənistan Frankofoniya Mətbuatı Beynəlxalq İttifaqının İdarə Heyətinin bəzi üzvlərinin qanunsuz olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə səfərini təşkil edib.

Bu barədə Teleqraf.com-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, jurnalist etikası və obyektivliyi prinsipinə zidd olaraq bu qanunsuz səfərdə iştirak edən Jan Kuşner, Fransua Dost və Xədicə Riduanın adları arzuolunmaz şəxslər siyahısına daxil ediləcək.


Müəllif: Səxavət

Oxşar xəbərlər