İtaliya Senatının sədri Maria Elisabetta Alberti Kasellati Azərbaycana rəsmi səfərə gəlib.
Teleqraf.com xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
İtaliya Respublikası Senatının sədrini Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılayıblar.