Çex Respublikasında işgüzar səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov burada keçirilən “Beynəlxalq gələcək qüvvələr sərgisi 2018”də iştirak edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, oktyabrın 17-də sərginin rəsmi açılış mərasimindən sonra general-polkovnik Zakir Həsənovun çexiyalı həmkarı Lubomir Metnar ilə ikitərəfli görüşü keçirilib.
Görüşdə Azərbaycan ilə Çexiya arasında hərbi əməkdaşlığın hazırkı vəziyyəti, inkişaf perspektivləri, eləcə də regiondakı təhlükəsizlik məsələləri barədə ətraflı fikir mübadiləsi aparılıb.