18 Oktyabr 2018 12:53
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qoruqlar üçün yeni idarəetmə modeli hazırlanır".

Teleqraf.com xəbər verir ki, bunu Turizm siyasəti və strategiya şöbəsinin müdiri Məhəmməd Muradov "2018-ci il Milli Turizm Sammiti"ndə çıxışı zamanı deyib.

O, bildirib ki, yeni brendimiz özünü otel sektorda olduğu kimi, qoruqlarda da göstərəcək: "Qarşıya qoyduğumuz hədəflər arasında qoruqlarda yeni turizm infrastrukturlarının hazırlanması da var. Tarixi qoruqlardan səmərəli istifadə ilə bağlı ilk layihə Basqalla bağlıdır. Bununla bağlı aidiyyəti qurumlara müraciət edilib. Daha sonra hədəfdə Yanardağ, Lahıc, Kiş, Xınalıq, Yuxarıbaş, Atəşgah qoruqları var. Hazırlanan plana əsasən, Yanardağda 2019-cu ilin birinci rübündə sərgi mərkəzinin açılması gözlənilir. Bununla yanaşı Şahdağda mövcud infrastruktur daha da genişləndirilir. Bu il Quba-Qusar regionunda, eləcə də Şəkidə daha iki turizm menecment bürosunun açılması planlaşdırılır. Əsas odur ki, yaradılacaq mərkəzlər özü-özünü maliyyələşdirsin. Bunun üçün əvvəlcədən zəruri şərait yaradılacaq. Biz bu məsələdə həm də medianın gücünə də güvənirik".


Müəllif: Könül