Azərbaycan Silahlı Qüvvələri NATO-nun iştirakı ilə Türkiyədə keçirilən “Nusrət-208” hərbi təlimlərində iştirak edir.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.
Təlimlərdə Azərbaycanla yanaşı, Bəhreyn, Bolqarıstan, Gürcüstan, Qətər, Küveyt, Pakistan, Rumıniya, Yunanıstan, Cənubi Koreya və Səudiyyə Ərəbistanının Silahlı Qüvvələri də iştirak edəcək.
Hava Qüvvələri və Hərbi Donanmaların iştirakı ilə keçiriləcək təlimlərdə minalanmış ərazilərin təmizlənməsi əməliyyatları məşq ediləcək.
Təlimlər 18-25 oktyabr tarixlərində Türkiyənin İzmir şəhərində keçirilir.