Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri, Milli Məclisin deputatı Cavanşir Feyziyev bu gün Strasburqda səfər edib.
Teleqraf.com xəbər verir ki, səfər çərçivəsində Cavanşir Feyziyev Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin qarşı tərəfdən olan həmsədri Səyyad Kərim, Avropa Parlamentinin Azərbaycan üzrə daimi məruzəçisi Norika Nikolaye ilə müzakirələr aparacaq.
Deputat eyni zamanda Avropa Parlamentində Azərbaycanın Dostları Klubunun üzvləri ilə bir sıra görüşlər keçirəcək, qarşılıqlı münasibətlərin cari vəziyyəti və perspektivləri barədə müzakirələr aparacaqdır.