26 Oktyabr 2018 12:05
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakı prosesinin 10-cu ildönümü yeni dünya nizamının qurulmasına öz töhfəsini verməlidir. İnsan bəşəriyyəti üçün təhlükəsiz həyat təmin etməli və qardaşlıq, sülh, rifah naminə çalışmalıyıq”.

Teleqraf.com xəbər verir ki, bu sözləri İSESKO-nun baş direktoru Əbdüləziz Osman Əl Tüveycri "Bakı prosesi- insan təhlükəsizliyi, sülh və davamlı inkişaf naminə mədəniyyətlərarası dialoq: 10 ilin dərsləri və perspektivləri" adlı sessiyada çıxışı zamanı deyib.

Baş direktor vurğulayıb ki, mədəni böhranlardan çıxış yollarını tapmaq lazımdır: "Biz sülhün, qardaşlığın carçıları olmalı, bəşəriyyət üçün təhlükəsiz həyatı təmin etməli və qardaşlıq, sülh, rifah naminə çalışmalıyıq. Odur ki, mədəniyyətlərarası dialoqların güclənməsini istəyirik".

Onun sözlərinə görə, hazırda müxtəlif ölkələrin xalqları arasında və dünyada etimad böhranı mövcuddur: “Müxtəlifliyin qəbul edilməsi üçün insanlar arasında mədəni dəyərlərin qorunub saxlanılmasına böyük ehtiyac var”.

Forumda çıxış dən YUNESKO-nun keçmiş baş direktoru İrina Bokova bildirib ki, çağırışlar bərabərsizlik, sülh, miqrasiyaya düçar olmuş insanlarla bağlıdır və hələ də bu problemlər qalmaqdadır. “Bu forum qeyd etdiyim məsələləri qlobal gündəliyə daxil edərək, müzakirə olunaraq həll yollarını tapmağa gətirib çıxarır. Müxtəlif mədəniyyətlər haqqında savadsızlıq əsas maneə hesab olunur. Siyasi münaqişələrin aradan qaldırılmasına mövcud problemlərin həll olunması yolu ilə nail olmaq olar".

Bakı prosesinin 10 il əvvəl başladığını deyən YUNESKO baş direktorunun müavini Qu Xing bu tədbirin təşkilinə görə Azərbaycan hökümətinə təşəkkür etdi: “Bu gün dünyada yeni parçalanmanı, ədavəti, zorakı eksterimizmi müşahidə edirik. Bir tərəfdən yeni texnologiyalar insanları bağlayır, digər tərəfdən yeni problemlər yaradir. 2030-cu ilə təyin olunmuş məsələlərin öhdəsindən gəlməyə çalışmalıyıq. İnsan hüquqları, qarşılıqlı hörmət əsas götürülərək ictimai rəy formalaşdırılmalıdır”.


Müəllif: Gülxar

Oxşar xəbərlər