30 Oktyabr 2018 12:25
449
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin bugünkü plenar iclasında 5 qanun layihəsi müzakirədən çıxarılıb.

Teleqraf.com xəbər verir ki, Bu barədə Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov məlumat verib.

O bildirilib ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş), “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş), "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş), “İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş), “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş) qanun layihələri müzakirədən çıxarılıb.

Qeyd edək ki, Milli Məclisin 30 oktyabr və 2 noyabr tarixlərinə müəyyən edilmiş plenar iclaslarının gündəliyində 57 qanun layihəsinin müzakirəsi nəzərdə tutulmuşdu.


Müəllif: Gülxar

Oxşar xəbərlər