2 Noyabr 2018 13:08
1 162
12 Punto 14 Punto 16 Punto 18 Punto

Spiker Oqtay Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında təyinatları təsdiqlənən məhkəmə hakimlərinə iş prosesində ədalətli olmağı tövsiyə edib.

Teleqraf.com xəbər verir ki, Milli Məclisin sədri O.Əsədov həmin hakimlərə üz tutaraq deyib ki, insanlar sizdən razı qalmalıdır:

“Mən sizi təbrik edirəm və ədalətli olmağı arzu edirəm”.

Xatırladaq ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Ali Məhkəməsinə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəki apellyasiya məhkəmələrinə yeni hakimlərin təyin edilməsi məsələsinə baxılıb, layihə səsverməyə çıxarılaraq qəbul olunub.


Müəllif: Cavad

Oxşar xəbərlər