6 Noyabr 2018 15:57
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan xalqı öz dədə-baba yurduna qaytmağın həsrəti ilə yaşayır. Məhz bu səbəbdən dövlət başçımızın da noyabrın 5-də Ağdam rayonunda rayon ictimaiyyətinin nümayəndələri və Ağdam rayonundan olan incəsənət xadimləri ilə görüşündə vurğuladığı kimi xalq olaraq heç vaxt işğalla barışmayacaq. Azərbaycan xalqı mərd xalqdır, o heç zaman barışa bilməz ki, torpağı işğal altında qalsın. 2016-cı ilin aprel döyüşləri Azərbaycan xalqının mərdliyinin, igidliyinin bariz nümunəsidir.

Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Ehtiram Aşırlı deyib.

Onun sözlərinə görə, bu baxımdan Prezident İlham Əliyevin də dediyi kimi aprel döyüşləri göstərdi ki, Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir, buna hazırdır və bunu sübut etdi:

“Aprel döyüşlərindən sonra işğalçı ölkə özünə gələ bilməyib. Ermənistan ictimaiyyəti hələ də biabırçı məğlubiyyətin psixoloji təsirindən çıxa bilmir. Ölkə siyasi, iqtisadi, mədəni, hərbi və demoqrafik cəhətdən böhran içərisindədir. Lakin bütün bunlara baxmayaraq, işğalçı ölkə baş verən hadisələrdən dərs çıxarmayib.

Yeni hökumətin üzvlərinin, xüsusilə baş nazir Nikol Paşinyanın sərt bəyanatlar səsləndirməsi onu göstərir ki, onlar kriminal rejimin səhvlərini təkrarlayır.

Dövlət başçımızın da qeyd etdiyi kimi yeni hökumət əvvəlki kriminal rejimin yolunu getməməli və işğal altında olan Azərbaycan torpaqlarından çıxmalıdır. Əks halda Nikol Paşinyan və erməni xalqı növbəti dəfə Azərbaycan Ordusunun gücünə şahidlik etməli olacaq ki, bu da işğalçı ölkənin sonu deməkdir. Cənab İlham Əliyevin bundan öncəki çıxışlarında da vurğuladığı kimi, biz heç zaman icazə verməyəcəyik ki, Azərbaycan torpaqlarından ikinci erməni dövləti yaransın”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər