“Tikintiyə icazələrin alınması 30-35 günə endirilməli, özəl şirkətlərə texniki şərtlərin verilmə müddəti azaldılmalı, bu sahədə rüsumlar tamamilə ləğv edilməlidir”.
Teleqraf.com xəbər verir ki, bunu millət vəkili Fəzail Ağamalı Milli Məclisdə 2019-cu il büdcə layihəsinin müzakirəsi zamanı deyib.
Millət vəkili bildirib ki, ildən-ilə elmə qoyulan vəsaitləri nə qədər artırsaq, problem həll olmayacaq. “Elmin vəziyyətini ən azı dünya ölkələri səviyyəsinə qaldırmaq üçün bu sahədə islahatlara təkan verəcək proqram hazırlanmalıdır. Əks halda, bu sahəyə vəsait ayırmaq, boş quyuya su tökmək deməkdir. Çünki ölkələrin inkişafı elm və texnologiyanın inkişafı ilə birbaşa əlaqəlidir. Bununla yanaşı, ölkəmizdə bank sistemində problemləri həll etmək üçün top-100 səviyyəli bankarın ölkəmizə daxil olmasına imkan yaradılmalıdır”.
Millət vəkili həmçinin uşaqlara verilən birdəfəlik müavinətin 150 manatdan 200 manata artırılmasını, davamlı müavinətlərin verilməsini təklif edib.