14 Noyabr 2018 10:50
1 092
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfər edib.

Teleqraf.com xəbər verir ki, o, Xankəndində Qarabağ separatçılarının “xarici işlər naziri” Masis Mayilyanla görüşüb.

Görüşdə ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona son səfəri ilə bağlı fikir mübadiləsi aparılıb.

Eyni zamanda, qoşunların təmas xəttindəki vəziyyət müzakirə edilib.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin monitorinq imkanlarını genişləndirmək və təmas xəttindəki vəziyyətlə bağlı istintaq mexanizmlərini tətbiq etmək üçün razılaşmaların həyata keçirilməsinin vacibliyi diqqətə çatdırılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər