14 Noyabr 2018 12:30
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclis “2019-cu ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsini davam etdirir.

Teleqraf.com xəbər verir ki, dünən büdcə müzakirələrində 28 deputat çıxış edib.

Bu gün müzakirələr davam etdirilib.

Deputat Rəşad Mahmudov deyib ki, səhiyyədə maliyyə siyasətinin düzgün qurulması, maliyyə resurslarının düzgün istifadəsi əhalinin sağlamlığının qorunmmasında mühüm rol oyanyır. Onun sözlərinə görə, maliyyə siyasətinin effektiv olması üçün bir sıra dövlət qurmlarının sıx əlaqədə işləməsi vacibdir.

Deputat qeyd edib ki, bu il səhiyyəyə ayrılan vəsair psixoloji baryer həddi olan 1 milyardı keçib:

“Eləcə də İcbari tibbi sığortanın 2019-ci ildə tətbiqi üçün 224 milyon manat nəzərdə tutulub. Hesab edirəm ki, səhiyyə sahəsinə vəsaitin çoxaldılması səhiyyənin inkişafına öz töhvəsinə verəcək.

Dünya ölkələrinin büdcəsində təhsil və səhiyyəyə ayrılan xərclərə baxanda aydın görünür ki, səhiiyyə xərcləri təhsil xərclərindən 20 faiz çox olur.

Ümumdünya Səhiyyə Təşkilatı qeyd edir ki, səhiyyə xidmətinin keyfiyyətli olması üçün tibb heyət, maliyyələşmə, informasiya texnologiyalar vacibdir. Hesab edirəm ki, Azərbaycanda öz həllini tapan digər amillər tbbi heyyətinin inkişafına səbəb olacaq.

2019-cu il dövlət büdcəsi dövlətimizin səhiyyə siyasətində yeni maliyyə baxışı kimi yaddaşlarda qalacaq”.


Müəllif: Cavad

Oxşar xəbərlər