14 Noyabr 2018 13:14
1 611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən heç bir sahəyə əlavə vəsaitin yönəldilməsi haqda danışmaq niyyətində deyiləm. Daha çox ayrılan vəsaitlərin səmərəli xərclənməsini vacib hesab edirəm.

Teleqraf.com xəbər verir ki, bu sözləri deputat Arif Rəhimzadə Milli Məclisdə büdcə müzakirəsi zamanı çıxış edərkən deyib.

Komitə sədri bildirib ki, dövlət büdcəsindən bələdiyyələrə 5,2 milyon manat dotasiya, 500 min manat isə subvensiya ayrılıb:

“Subsidiya belədir ki, onun hara xərclənməsi əvvəlcədən bilinmir. Subvensiya isə konkret layihələrlə bağlıdır. Mən təklif edirəm ki, bələdiyyələrə ayrılan subsidiyanın hesabına subvensiyanın həcmi artırılsın. Həmçinin hesab edirəm ki, bələdiyyələrə ayrılan 5,2 milyon manatın müəyyən hissəsi ilə bələdiyyələrin sığorta fonduna olan borcunun müəyyən hissəsini ödəmək olar. Bir çox bələdiyyələrin sığorta fonduna olan borcuna görə hesabları bağlıdır. Fikrimcə, dotasiya hesabına bu problemi həll etmək və bələdiyyələrin fəaliyyətində dönüş yaratmaq mümkündür. Nəzərə alın ki, söhbət bütün bələdiyyələrdən deyil, əsasən, kənd bələdiyyələrindən gedir”.

Arif Rəhimzadə daha sonra dövlət büdcəsindən ayrılan vəsaitlətin səmərəli istifadəsinin vacibliyini qeyd edib:

“Neftçala rayonunda eyni inzibati əraziyə daxil olan 5 kənddən dördünə qaz çəkilib, amma birinə çəkilməyib. Mən bu prioblemin həlli üçün əksər dövlət qurumlarına müraciət etmişəm. Nəhayət, Rövnəq Abdullayev daxili imkanlar hesabına bu problemi həll etdi. Əslində bu yeganə hal deyil. Belə faktlar çoxdur. Həm də bu kimi hallar insanlarda narazılığa səbəb olur. Biz hər 5 ildən bir qaz çəkməli deyilik”.


Müəllif: Cavad