İran Astarası Gömrük İdarəsinin əməkdaşları keçid məntəqəsində 320 kiloqram heroin aşkarlayıblar.
Teleqraf.com-un məlumatına görə, narkotik maddə ixrac üçün nəzərdə tutulan 65 tonluq sement paketlərində gizlədilibmiş.
Narko-ticarətçilər İran gömrüyünün xidməti axtarış itlərini yayındırmaq üçün yükü istiot və ədviyyatla qarışdırıblar.