28 Noyabr 2018 21:39
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda prezident seçkilərinin ikinci turu ilə bağlı "exit-poll"un yeni nəticələri açıqlanıb.

Teleqraf.com-un məlumatına görə, "Imedi" telekanalının sifarişi ilə “Gallup International” beynəlxalq assosiasiyasının keçirdiyi “exit-poll”un nəticəsinə əsasən, Salome Zurabişvili 58% səs toplayıb. Seçkidə müstəqil namizəd kimi iştirak edən S.Zurabişvili hakim Gürcü Arzusu Partiyası tərəfindən dəstəklənir.

Onun rəqibi, Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 42% səs toplayıb.

20:31

Gürcüstanda prezident seçkilərinin ikinci turu ilə bağlı keçirilmiş "exit-poll"un nəticələri açıqlanıb.

Teleqraf.com xəbər verir ki, “Rustavi 2” televiziya kanalının sifarişi ilə “Edison Research” təşkilatının keçirdiyi “exit-poll”un nəticəsinə əsasən, Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi namizəd Salome Zurabişvili 55%, Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 45% səs toplayıb.

“Gallup International” təşkilatının apardığı “exit-poll”un nəticəsinə əsasən isə S.Zurabişvili 57%, Q.Vaşadze 43% səs əldə edib. Təşkilat “exit-poll”u “İmedi” televiziya kanalının sifarişi əsasında həyata keçirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər