1 Dekabr 2018 14:31
544
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi məlum olub.

Teleqraf.com xəbər verir ki, dekabrın 7-də keçiriləcək toplantının gündəliyinə 21 məsələ daxildir.

Bunlar “Dövlət qulluğu haqqında”, “Uşaq hüquqları haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Avtomobil yolları haqqında” və s. qanunlara, o cümlədən İnzibati Xətalar, Mənzil məcəllərinə dəyişiklik layihələridir.

Deputatlar "Psixoloji yardım haqqında" qanun layihəsini də (üçüncü oxunuş) müzakirə edəcəklər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər