26 Avqust 2014 13:11
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məlahət İbrahimqızı: “Hazırlıqla bağlı heç bir problemimiz yoxdur”

“Yeni Azərbaycan Partiyası qarşıdan gələn bələdiyyə seçkilərinə ciddi şəkildə hazırlaşır”.

Teleqraf.com-un məlumatına görə, bu fikri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, YAP seçkilərin keçirilməsində böyük, zəngin təcrübəyə malikdir. Onun sözlərinə görə, bu mənada dekabr ayında keçiriləcək bələdiyyə seçkilərində də qazanılan təcrübədən səmərəli istifadə olunacaq:

"Bizim seçkilərlə hazırlıqla bağlı heç bir problemimiz yoxdur. Rəhbərlik etdiyim YAP Nəsimi rayon təşkilatı da bu kampaniyaya hazırdır. Seçki üzrə böyük təcrübə qazanmış xeyli sayda mütəxəssislərimiz var ki, onlar kampaniya dövründə dairə və məntəqələrdə təmsil olunur.

Eləcə də, müşahidəçi funksiyanı yerinə yetirən fəallarımız xeyli saydadır. Bizim təşkilatın 26 min nəfərə qədər üzvü var. Mütəmadi olaraq ilk təşkilatlarla sıx işləyirik. Hesab edirəm ki, partiyamız bu seçkilərdə də böyük qələbə qazanacaq. İlk növbədə, ölkəmizdə həyata keçirilən inkişaf siyasəti bu qələbənin təminatıdır."

Səxavət


Müəllif:

Oxşar xəbərlər