Tədbirdə Kənd təsərrüfatı naziri İnam Kərimov çıxş edib.
Teleqraf.com-un məlumatına görə, nazir bildirib ki, Azərbaycanda belə bir forumun keçirilməsi ölkəmizin etibarlı partnyor olduğunu təsdiqləyir:
"FAO-nun proqnozlarına görə, dünyada əhalinin sayı 2050-ci ildə 9,4 milyarda çatacaq. Bu da o deməkdir ki, biz ərzaq ehtiyatımızı 70 faizə çatdırmalıyıq.
Azərbaycanda aqrar sahənin sayı ÜDM-də də artıb. Bu ilin 9 ayında ÜDM-də kənd təsərrüfatının payı 4,3 faiz çoxalıb. Biz kənd təsərrüfatı məhsullarını ixrac edirik.
Aqrar sahəni inkişaf etdirmək üçün qarşımıza qoyduğumuz məqsəd fermer və kəndliləri yardım etmək, mövcüd sahələrdə innovasiya və texnologiyaları tətbiq etməkdir. İnnovasiyanın tətbiqi sayəsində məhsuldarlıq 20-30 faiz çox olur. Ərzaq məhsullarının qiyməti isə 45-50 faiz aşağı düşür".
***
10:29
Dekabrın 10-da Azərbaycanda ilk dəfə aqrar və yaşıl texnologiyalar üzrə “AgTech and Green Energy” mövzusunda beynəlxalq forum keçirilir.
Teleqraf.com xəbər verir ki, Kənd Təsərrüfatı və Energetika nazirliklərinin birgə təşkilatçılığı ilə ADA Universitetində keçirilən forumda Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyeva, Kənd təsərrüfatı naziri İnam Kərimov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Prezident Administrasiyasının aqrar şöbəsinin müdiri Azər Əmiraslanov, eləcə də dövlət qurumlarının rəsmiləri, fermer təsərrüfatlarının rəhbərləri, yaşıl texnologiyalar üzrə xarici ekspertlər, startap və texnoloji şirkətlərin nümayəndələri, özəl sektorun təmsilçiləri iştirak edir.
Tədbirə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik nazir Bəkir Pakdəmirli də qatılıb.
Tədbiri ADA Universitetinin Hafiz Paşayev açıq elan edib.
“Yaşıl gələcək üçün innovasiyalar” şüarı ilə təşkil edilmiş forumun əsas məqsədləri Azərbaycanda kənd təsərrüfatı və enerji sahələrinin innovativ inkişafına nail olmaq, müxtəlif maraqlı tərəflər arasında əlaqələri gücləndirmək, dayanıqlı biznes modelləri və əlaqələr qurmaqdır.
Forumda ABŞ, Türkiyə, İsrail, Rusiya, Niderland, Ukrayna və bir çox ölkələrdən sahibkarlar, vençur kapitalistlər, elm xadimləri, aparıcı texnologiya şirkətlərinin nümayəndələrinin çıxışları nəzərdə tutulur.
Dünyanın 15-ə yaxın ölkəsindən 40-dək xarici mütəxəssisi bir araya toplayan forum “Energetika və aqrar texnologiyaların gələcəyi”, “Aqrar və yaşıl enerji üçün texnologiyalar”, “Aqrar və energetika texnologiyaları üzrə Akademiya”, “Siyasətin təsiri”, “Yeni innovativ ekosistemlər”, “Fermerlər üçün seksiya”, “Aqrar sahə və energetika üçün biznes: AgTech sessiyası”, “Aqrar sahə və energetika üçün biznes: Green Energy sessiyası”, “Startap və innovasiya ekosistemi seminarı” panelləri üzrə keçiriləcək.