10 Dekabr 2018 11:34
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aqrar sektor dayanıqlı inkişafın təmin olunmasında və iqtisadiyyatın şaxələndirilməsində xüsusi rol oynayır.

Teleqraf.com xəbər verir ki, bu sözləri dekabrın 10-da Azərbaycanda ilk dəfə keçirilən aqrar və yaşıl texnologiyalar üzrə “AgTech and Green Energy” mövzusunda beynəlxalq forumda Azərbaycan Respublikası Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Azər Əmiraslanov deyib.

O bildirib ki, aqrar siyasətin başlıca vəzifəsi effektivlik meyarlarının və ekoloji tələbləri səmərəli şəkildə uzlaşdırmaqdan ibarətdir: "Hazırda ölkədə kənd təsərrüfatının inkişafına yönəlmiş sistemli və kompleks tədbirlər görülür.

Bu sahənin inkişafı üçün strateji məqsədlər, vəzifələr və hədəflər müəyyən olunub. Aqrar sektor Azərbaycanda prioritet sahə elan edilib.

Çünki o dayanıqlı inkişafın təmin olunmasında, iqtisadiyyatın şaxələndirilməsində və yoxsulluğun azaldılmasında xüsusi rol oynayır. Bugünkü forum da aqrar innovasiyaların tətbiqi ilə bağlı məsələlərin səmərəli müzakirəsinə və təcrübə mübadiləsinə öz töhfəsini verəcək".


Müəllif: Aytən Yusifova

Oxşar xəbərlər