Bu gün ölkəmiz inkişafın yeni mərhələsindədir. Prezidentin rəhbərliyi ilə ölkədə uğurlu islahatlar aparılır. Qəbul olunmuş stateji yol xəritələri milli iqtisadiyyatın inkişafı üçün yeni imkanlar açır.
Teleqraf.com-un məlumatına görə, bu sözləri bu gün keçirilən aqrar və yaşıl texnologiyalar üzrə “AgTech and Green Energy” mövzusunda Beynəlxalq Forumunda nəqliyyat, Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə deyib.
O bildirib ki, bütün bunlar beynəlxalq hesabatlarda da öz əksini tapıb: "Dünya Bankının son biznes hesabatında Azərbaycan 190 ölkə arasında 25-ci yeri tutub.
Eyni zamanda ölkəmiz dünyanın 10 ən çox islahat aparan ölkələri sırasındadır.
Yüksək texnologiyalar iqtisadi sektor kimi dünyada sürətlə inkişaf etməklə həm də digər sahələrin inkişafında böyük rol oynayır. Ölkəmizdə bu sahə diqqət mərkəzindədir".