13 Dekabr 2018 20:51
2 361
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xələf Xələfov Nazirlər Kabinet Aparatının rəhbəri vəzifəsinə təyin edilib.

Teleqraf.com-un məlumatına görə, Azərbaycanın Baş naziri Novruz Məmmədov bununla bağlı sərəncam imzalayıb.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

18:53

Prezident İlham Əliyev Xələf Xələfovun Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Xələf Alı oğlu Xələfov Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilsin.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.


Müəllif: Teleqraf.com