14 Dekabr 2018 23:53
1 000
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya rəhbərliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlət başçılarının Ermənistanda keçirilmiş seçkilərdən sonra Nikol Paşinyanı təbrik etməməsinə erməni mediasında geniş yer ayrılıb.

Erməni KİV-ləri rəsmi Kreml və KTMT əleyhinə təbliğata start veriblər.

Rusiyadakı erməni lobbisi ilə Paşinyan hakimiyyəti arasında ixtilaf dərinləşir. Rusiyanın I dərəcəli dövlət müşaviri Modest Kolerov Paşinyan hakimiyyətini sərt şəkildə tənqid edib. Tetr.am saytına müsahibə verən Modest Kolerov Paşinyanın təbrik edilməməsinin səbəblərini açıqlayıb. Rusiyalı diplomat qeyd edib ki, bundan əvvəlki seçkilərdə Vladimir Putin parlamentdə qələbə qazanan Serj Sarkisyana zəng edərək onu təbrik etmişdi. ''Görünür, Ermənistanın ikinci prezidenti Robert Köçəryanın həbsdə olması bəzi məqamlarda özünü biruzə verir və təbrikin gecikməsi bununla bağlı ola bilər. İndi vəziyyətin bu həddə çatdırılmasının səbəbləri var'',- Modest Kolerov erməni saytına müsahibəsində belə deyib.

KTMT-də Ermənistanın baş katibliyi ilə bağlı qərar da bu ölkənin mətbuatını çalxalayıb. Lragir.am saytı bu qurumda Nazarbayev və Lukaşenkonun qruplaşdığını iddia kimi irəli sürüb. Qeyd olunub ki, Ermənistana qarşı atılan addımlar planlı şəkildə həyata keçirilib və bütün bunlar Rusiyanın maraqlarına xidmət edir.

Almaniyalı siyasi şərhçi Aleksandr Papa da Rusiya-Ermənistan münasibətlərinə diqqət çəkib. Politoloq bildirib ki, təbrikin ləngiməsi iki ölkə arasında münasibətlərin soyumasına dəlalət edir. Onun sözlərinə görə, Rusiya bu addımı ilə Ermənistana önəmli bir mesaj göndərib və tezliklə nəticəsi bilinəcək.

Yeri gəlmişkən, Ermənistanın "Jamanak" mətbu orqanı yeni hakimiyyətin kriminal aləmlə sıx əməkdaşlığını gündəmə gətirib. Nəşr qeyd edir ki, bu yaxınlarda Çexiyada eks-prezident Serj Sarkisyanın yaxın qohumu Narek Sarkisyan axtarışa verilərək tutulub. Onunla bağlı məlumatı Çexiya polisinə Paşinyanın dostlarından olan bu ölkənin kriminal avtoriteti "Zap" ləqəbli Andranik Soqoyan verib.

Rusiya-Ermənistan münasibətlərinin soyuması Gümrüdəki rus bazasının ölkədən çıxarılması məsələsini də yenidən aktuallaşdırıb. 1in.am saytı Gümrüdə xadimə qadının öldürülməsi faktının araşdırılmadığını, bu yolla Gümrüdə rus hərbçlərinin törətdikləri digər cinayətlərin də ört-basdır edildiyini yazır. Nəşr qeyd edib ki, Gümrüdəki rus hərbi bazası ölkədən çıxarılmayınca onların özbaşınalığı davam edəcək. Digər bir erməni saytı Lragir.am isə radikal "Sasna Tsrer" partiyasının mövqeyini tirajlayıb. "Sasna Tsrer" yeni hakimiyyəti Gümrüdəki rus hərbi bazasıyla bağlı müqaviləyə yenidən baxmağa çağırıb. Partiya bununla bazanın Gümrüdən çıxarılmasının tezləşdirilməsinə işarə edib.

Rusiyaya olan nifrət özünü Avrasiya İttifaqından çıxmaq məsələsində də biruzə verir. Nyus.am yazır ki, Ermənistanın ''Respublika'' partiyası İttifaq əleyhinə kampaniyanı davam etdirəcəklərini bildirib.

Bütün bunların fonunda Paşinyan hakimiyyəti rəngli siyasətindən geri qalmır. Məsələn, aysor.am saytının məlumatına görə, Paşinyan cinsi azlıqların maraqlarına xidmət edən daha bir addım atıb. Artıq Ermənistanda yaşayan kişilər rəsmi sənədlərdə öz adlarını rahatlıqla qadın adıyla əvəzləyə biləcəklər. Aysor.am yazır ki, artıq Karen rahatlıqla Marina ola biləcək. Hətta bu münasibətlə Ermənistandakı cinsi azlıqları müdafiə edən təşkilatlar Paşinyana təşəkkür də ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər