19 Dekabr 2018 14:30
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gömrük nəzarətindən gizlədilən pirotexniki vasitələr və tütün məmulatları aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Teleqraf.com-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Gürcüstandan “Vaz 2106” markalı avtomobil ilə sərnişin qismində gələn Azərbaycan vətəndaşı gömrük bəyannaməsinin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual edilib.

Həmin şəxs üzərində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirsə də, baxış zamanı onun çantasında 60 ədəd “Mega Piratka” adlı pirotexniki vasitə və 2800 ədəd “Corset” adlı tütün məmulatları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com