25 Dekabr 2018 21:09
1 304
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilən Ermənistan ordusunun bölmələrində eyni gündə baş verən hadisələr nəticəsində 3 hərbi qulluqçu yaralanıb.

Teleqraf.com xəbər verir ki, beşinci dağ atıcı alayının hərbi qulluqçusu Arqişt Hakopyan təhlükəsizlik qaydalarının pozulması, başqa bir hərbi hissənin iki hərbi qulluqçusu isə yol-nəqliyyat qəzası nəticəsində yaralanıb.

Baş vermiş hadisələrlə bağlı hərbi polis tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, ümumilikdə dekabrın 15 günü ərzində Ermənistan ordusunda müxtəlif səbəblərdən 10 hərbi qulluqçu yaralanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər